Həkim uşağın qida borusundan qəpiyi çıxarmaq üçün 450 manat istəyib - Rəzillik...

Həkim uşağın qida borusundan qəpiyi çıxarmaq üçün 450 manat istəyib - Rəzillik... Bakıda uşağın qida borusunda qəpik qalıb.

“Report” xəbər verir ki, bu barədə jurnalist Səxavət Qurbanov öz facebook səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, uşağı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparıblar.

S.Qurbanov vurğulayıb ki, xəstəxananın həkimi qəpiyi çıxarmaq üçün onlardan 450 manat məbləğində pul istəyib:

“Uşağın qida borusuna qəpik gedib. Təcili uşağı “Semaşko”ya apardıq. Həkim əməliyyatdadı, zəng etmişəm, deyir “450 azn ödəyəcəksizsə uşağı palataya yerləşdirib, ardınca da, iynə ilə yatızdırıb xüsusi aparatla çıxardaq”. Deyirəm “həkim bu qida borusundadı, nəfəs yox. Bunu daha yaxşı formada da etmək olar”. Qayıdıb deyəsən ki, “məsləhətləş, pulu düzəldə bilirsənsə çıxardaq”.

Məsələ ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, artıq şikayətçi ilə əlaqə saxlanılıb və məsələ araşdırılır.
Geri qayıt