"Kontakt Home” cərimələndi - QƏRAR

"Kontakt Home” cərimələndi - QƏRAR Bakıda və ölkənin müxtəlif regionlarında “Kontakt Home” mağazalar şəbəkəsi adı altında fəaliyyət göstərən "ABC Telekom” MMC reklam qanunvericiliyinin pozulmasına görə inzibati qaydada cərimələnib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Nərimanov Rayon Məhkəməsinin 1 noyabr 2019-cu il tarixli qərarından qərarından “ABC Telecom” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd: Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olomaqla 20-də çox mağazası fəaliyyət göstərən "ABC Telekom” (“Kontakt Home” mağazalar şəbəkəsi) məişət avadanlıqları və mobil telefonların satışını həyata keçirən şirkətdir.
Geri qayıt