Azərbaycanda nə qədər şəxs müavinət və təqaüd alır? - RƏSMİ

Azərbaycanda nə qədər şəxs müavinət və təqaüd alır? - RƏSMİ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il 488,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 291,6 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərini ödəyib.

Nazirlikdən verilən məlumata görə, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir. Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, dəfn xərci üçün də birdəfəlik müavinət ödənilir.
Geri qayıt