Baş Nazirdən daha bir qərar

Baş Nazirdən daha bir qərar "Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq olunub.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Geri qayıt