Azərbaycan dilini necə bilirlər? - Nəticələr açıqlandı

Azərbaycan dilini necə bilirlər? - Nəticələr açıqlandı DİM Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanının nəticələrini açıqlayıb.

xalqxeber.az-a daxil olan məlumatda bildirilir ki, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2017-ci il iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Geri qayıt