İqbal Ağazadə bu küçənin seçiciləri ilə görüşdü - FOTOLAR

İqbal Ağazadə bu küçənin seçiciləri ilə görüşdü - FOTOLAR Deputatlığa namizəd İqbal Ağazadə İ. İsmayılov küçəsində seçiciləri ilə növbəti görüşünü keçirdi.

Seçicilərə "əziz doğmalarım" - deyə müraciət edən İ. Ağazadə onun görüşünə gələnlərə təşəkkür etdi. Hər zaman seçicilərinin yanında olduğunu, onların ehtimadına layiq olmağa çalışdığını bildirdi. Milli Məclisdə hər zaman xalqın sözünü dediyini, haqqı pozulanların yanında olduğunu, heç zaman ağa qara demədiyini, təkcə öz seçicilərinin deyil, bütöv Azərbaycan problemlərinin Milli Məclisdə həllinə çalışdığını bildirdi.

Təhsil, səhiyyə, sosial müdafiə, pensiya yaşının aşağı salınması, uşaq pulunun verilməsinin vacibliyini qeyd edərək bu problemlərin həlli üçün hökümət qarşısında məsələ qaldıracağını söylədi.

Çıxış edən seçicilər də İ. Ağazadənin əvəzsiz bir millət vəkili olduğunu bildirərək hamılıqla ona səs verəcəklərini söylədilər.
İqbal Ağazadə bu küçənin seçiciləri ilə görüşdü - FOTOLAR


Geri qayıt