İctimai televiziyanın təşviqat qiymətləri əl yandırır..

İctimai televiziyanın təşviqat qiymətləri əl yandırır.. Toğrul Maşallı: “Məntiqlə eyni qiymətləri reklam yerləşdirənlərə də təklif edilməlidir”...
2015- ci ildə İTV-də il ərzində 3,5 saat və ya gün ərzində 35 saniyə, bir saat müddətində isə 1,4 saniyə reklam verilib, bəs indi?..

İctimai fəal, tanınmış iqtisadçı, 23 saylı seçici dairəsindən deputatlığa namizəd Toğrul Maşallı (Vəliyev) soial şəbəkədə İctimai Televiziyanı qeyri şəffaflıqda və gəlirlərini gizlətməıkdə ittiham edib. PİA.az Toğrul Maçallının iradlarını təqdim edir:

“Yanvarın 9-u Mərkəzi Seçki Komissiyasının rəsmi saytında ödənişli seçkiqabağı təşviqata qoşulması ilə bağlı KİV-lərin məlumatı paylaşılıb. Televiziya və radio kanallarından yalnız “İctimai Televiziya və Radio Yayımları Şirkəti” məlumatlarını təqdim edib. İTV-nin elanına görə 1 saniyənin qiyməti gün ərzində vaxtdan asılı olaraq 22-65 AZN arasında təşkil edəcək.

Məntiqlə eyni qiymətləri reklam yerləşdirənlərə də təklif edilməlidir. Təəssüflər olsun ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti keçən illər üçün maliyyə hesabatlarını ictimaiyyətə təqdim etmir. Rəsmi saytlarında keçən illər üçün nə fəaliyyət, nə də maliyyə hesabatlarını tapmaq mümkün deyil. Ona görə son üç il üçün bunu yoxlamaq mümkün deyil.



Amma vaxtilə, 2017-ci ildə Hesablama Palatası tərəfindən dərc olunan “Dövlət auditi” jurnalının ikinci nömrəsində F. Qurbanovun müəllifliyi ilə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi üzrə hesabatın xülasəsi” yerləşdirilib.

Audit 2015 və 2016-ci illəri əhatə edib. Faktiki olaraq bizdə yalnız Hesablama Palatasının sayəsində ən azı İctimai TV-nin iki il ərzində gəlirləri və xərcləri barədə məlumatımız var. Eyni zamanda 2015-ci ildə keçmiş Milli Məclisə seçkilərdə təşviqat ilə MSK-nin verdiyi məlumata görə, 1 saniyənin qiyməti İctimai TV-də 20-50 AZN arasında təşkil etmişdi. Bildiyimiz kimi, müvafiq seçkilərdə televiziyada təbliğat aparılmayıb.

Hesablama Palatasının rəyində göstərilib ki, 2015-ci ildə İTV "reklam və sponsorlardan "257 255,3 AZN gəlir əldə edib. Əgər ən minimal qiymət (20 AZN) üzrə hesablasaq, bu il ərzində 3,5 saat reklam və ya gün ərzində 35 saniyə reklam edir. Faktiki olaraq elə alınır ki, 2015-ci ildə İTV-də bir saata yalnız 1,4 saniyə reklam verilirdi”.
Geri qayıt