"Bank of Baku” cərimələndi - QƏRAR

"Bank of Baku” cərimələndi - QƏRAR Nərimanov Rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının tərtib etdiyi protokolla “Bank of Baku”nun 6 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmə bankı İnzibati Xətalar Məcəlləsinin 548.1-ci (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə təqsdirli bilib.
Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qərarından “Bank of Baku” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun icraatında baxılır.
Geri qayıt