1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən ağlasığmaz qərar - Ekspertiza rəyinin verilməsi cavabdehə tapşırılıb

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən ağlasığmaz qərar - Ekspertiza rəyinin verilməsi cavabdehə tapşırılıb 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayevin və hakimlər Şərafət Məmmədova ilə Aygün Abdullayevanın 4 ildir tələbkar Qarabağ əlilinin borclu ƏƏSMN -ə qarşı 20.06.2016 tarixli mənzillə təmin olunma haqqında məhkəmə qərarını icra etməkdən imtinasından media yazıb. Dəhşətə baxın, Şərafət Məmmədova özünün qəbul etdiyi qərarı icra etdirməyib və buna görə yuxarı instansiyaya təyinat alıb, Aygün Abdullayeva isə 11 aydır icraatına verilən tələbkarın ərizəsinə baxmır!" Bu barədə DİA.AZ-a daxil olan məqalədə deyilir.

Daha sonra dia.az-a yazırlar: "Belə məhkəmə -hüquq özbaşınalığına kim hüquqi qiymət verməlidir ? Rəşid Rzayev sədri olduğu məhkəmədə baş verən özbaşınalıqlara qiymət vermək əvəzinə, özü də cavabdeh- borclu dövlət qurumlarının baş vəkili rolunda çıxış edib! Bir neçə gün öncə Rəşid Rzayevin Xətai rayon məhkəməsinə sədr təyin edilməsi isə bu şəxsin “yuxarı” səviyyədə dəstəklənməsini ortaya qoyur. Vay məhkəməyə işi düşən Xətai rayon sakinlərinin halına!

Bu günlərdə keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Rəşid Rzayevin və hakim Aygün Abdullayevanın daha dəhşətli özbaşınalığı haqqında məlumat əldə etmişik. ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Komissiyasına (TSEK) ( hazırda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı əlilliyin müəyyən edilməsinə “elektron qadağa” qoyulmasına görə Qarabağ qazisi, məcburi köçkün ailəsinin qaldırdığı iddiaya bir ilə yaxındır baxılmaması özbaşınalığı bir yana, hələ üstəlik ekspertiza rəyinin verilməsi də cavabdehə tapşırılıb! ? (?) Belədə hansı məhkəmə təminatından danışmaq olar? Cavabdeh 4 ildir hər dəfə bir bəhanə ilə Mərkəzi Hərbi Klinikanın yararsız saydığı əsgərin sağlam olduğuna rəy verir, məhkəmə də bu rəyin doğruluğunu həmin rəyi verənin üzərinə qoyur !? Belə məhkəmə - hüquq sistemi ilə ”xiyar necə əyri bitməsin”? Çox güman, Rəşid Rzayevin və Aygün Abdullayevanın MPM-in 19-cu və 20-ci maddələrindən , yəni hakimə, ekspertə, mütəxəssisə , məhkəmə iclas katibinə etiraz etməyin əsaslarından xəbərləri olar. Hər halda, xəbərləri olmasaydı, neçə illərdi məhkəmə sistemində yüksək görəvlər tutmazdılar. Yəqin şeytan bunları yoldan çıxarıb və cavabdeh tərəfin özünün ekspert rəyi verməsinə absurd qərar qəbul edilib! (?) Odur ki , MPM-in , İPM-in sözügedən maddələrini bir daha oxumaq məsləhətdir.

Əlillər elə kateqoriyadır ki , həkimsiz keçinə bilmirlər . İndi isə istər-istəməz hakimə də işləri düşür. Kaş, heç kimin həkimə, hakimə işi düşməsin!"

Bütün tərəfləri dinləməyə hazırıq...
Geri qayıt