Onlar AMEA-nın birinci vitse-prezidenti seçildi

Onlar AMEA-nın birinci vitse-prezidenti seçildi İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.

Onlar AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında gizli səsvermə nəticəsində seçiliblər.

Nəticəni Hesablama komissiyasının sədri Urxan Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ramiz Mehdiyev hər iki birinci vitse-prezidenti təbrik edib.

Xatırladaq ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.

Qeyd edək ki, bu vəzifə akademiyada yeni təsis edilib.
Geri qayıt