20 məntəqədə qanun pozuntusu qeydə alınıb

20 məntəqədə qanun pozuntusu qeydə alınıb Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qanun pozuntularının baş verdiyi məntəqələrin sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, ümumilikdə 20 seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.

Onun sözlərinə görə, pozuntularla bağlı daxil olan müraciətlər və sosial şəbəkələrdə yayımlanan pozuntuların görüntüləri 9 bələdiyyə üzrə 20 məntəqəyə aiddir: “Bu da 0.5 faizdən bir az çox deməkdir. Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı on faiz, 16-sı bir faiz edir. Doqquz bələdiyyə isə yarım faizdən bir az çoxdur”.
Geri qayıt