Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi

Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi "M Group Production” MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.

Şoumen Murad Dadaşova məxsus bu şirkət Yeni il bayramı üçün Bakının uşaq bağçaları və körpələr evini bəzəyəcək. Bakı şəhəri İcra Hakimiyyəti “Yaşıl teatr” konsert kompleksinin timsalında onun şirkəti ilə 175 min 972,98 manat məbləğində (105,5 min dollar) müqavilə imzalayıb.
Geri qayıt