Prezident: "DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır"

Prezident: "DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır" "DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur. Şadam ki, DOST mərkəzlərinin yaradılması artıq geniş vüsət alır və bu, il ərzində açılan ikinci mərkəzdir. Gələn il də Bakıda və rayonlarda bir neçə mərkəzin açılışı nəzərdə tutulur. Beləliklə, gələn il DOST mərkəzlərinin əhatə dairəsi genişlənəcək və əhalimizin yarıdan çox hissəsini əhatə edəcək".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı mərasimində deyib.
Geri qayıt