Səhiyyə Nazirliyi ləğv ediləcək - İDDİA

Səhiyyə Nazirliyi ləğv ediləcək - İDDİA Hökumət ölkədə əhalinin ən çox narazı qaldığı daha bir sahədə - səhiyyədə ciddi dəyişikliklərə hazırlaşır.

Yaxın vaxtlarda Səhiyyə Nazirliyinin ləğvi gözlənilir. Bu nazirliyin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi planlaşdırılır. Struktur dəyişikliyindən sonra ümumi qurumun adı, böyük ehtimalla, "Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" olacaq.
Oqtay Şirəliyev avtomatik olaraq vəzifəsini itirəcək. Həmçinin hazırkı əmək naziri Sahil Babayevin də vəzifəsində qalıb-qalmayacağı dəqiq bilinmir. Bununla belə, Sahil Babayevin genişləndirilmiş qurumun başında saxlanması ehtimalı daha böyükdür.
Məsələ ondadır ki, Sahil Babayevin bu vəzifədə həyata keçirdiyi "innovasiyalar" o qədər də uğurlu alınmayıb. Xüsusən əlillik pensiyaları kütləvi şəkildə ləğv edilib, büdcədən bu sahəyə ayrılan vəsaitin həcmində əhəmiyyətli qənaətə nail olduğuna görə yuxarılarda Sahil Babayevə "sağ ol" deyilsə də, bu tədbirlər əhali arasında kütləvi narazılığa səbəb olub.
Ünvanlı sosial yardımlar sahəsində də vəziyyət əvvəlki nazirin dövrü ilə müqayisədə nəinki yaxşılaşmayıb, bir sıra hallarda ünvanlılıq prinsipləri daha kobud bir tərzdə pozulmağa başlayıb. Məlumata görə, hələlik hökumət Sahil Babayevin yerinə daha uğurlu bir variant tapa bilmir.

Bizimyol.info
Geri qayıt