Prezident Binəqədiyə 8,7 milyon ayırdı - yollar təmir olunacaq

Prezident Binəqədiyə 8,7 milyon ayırdı - yollar təmir olunacaq Bakının Binəqədi rayonunda avtomobil yollarının təmirinə 8,7 milyon manat ayrılıb.

Prezident İlham Əliyev dekabrın 21-də “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, rayonun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon manat ayrılıb.
Geri qayıt