Qar və dolu yağacaq - Xəbərdarlıq

Qar və dolu yağacaq - Xəbərdarlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, qərb rayonlarından başlayaraq ölkə ərazisində aprelin 9-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.
Geri qayıt