"Akkord” cərimələndi – QƏRAR

"Akkord” cərimələndi – QƏRAR Bakı Apellyasiya Məhkəməsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin inzibati qaydada 1500 manat cərimə edilməsi barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərarla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qərarından ASC-nin direktoru Bürhan Həmidov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, şirkət Dövlət Gömrük Komitəsinin yazdığı protokola əsasən, İnzibati Xətalar Məcəlləsinin 485.2. (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC "Akkord" Şirkətlər Qrupuna aid olan şirkətlərdən biridir.
Geri qayıt