Sahil Babayev bu qurumları birləşdirib, idarə yaratdı – Yeni təyinat

Sahil Babayev bu qurumları birləşdirib, idarə yaratdı – Yeni təyinat Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Əmək Müfəttişliyi Xidmətində islahat aparıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Xidmətin Bakı şəhəri (1, 2, 3, 4, 5, 6, 23 saylı) region üzrə Dövlət Əmək Müfəttşliyi ləğv edilib. Yerinə isə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yaradılıb.

Nazir Sahil Babayev 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olmuş Həmid Ədhəmovu idarənin direktoru vəzifəsinə təyin edib. Bununla belə, 23 region üzrə Dövlət Əmək Müfəttşliyi Xitməti ləğv edilərək, 16 region üzrə Dövlət Əmək Müfəttşliyinin şöbələri yaradılıb.
Geri qayıt