Elmira Süleymanovaya yeni vəzifə verildi

Elmira Süleymanovaya yeni vəzifə verildi Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

İndiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb.

Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi tam ştat işə götürülüb.

Qeyd edək ki, E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.
Geri qayıt