Böyük yanğın deyil ki, Heydərov ora gəlsin - Generaldan AÇIQLAMA

Böyük yanğın deyil ki, Heydərov ora gəlsin - Generaldan AÇIQLAMA Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı baş verən yanğından danışıb.

Unikal.org-a eksklüziv açıqlama verən Etibar Mirzəyev bildirib ki, ilkin ehtimala görə hadisə qısaqapanmadan baş verib:

"Yanğının söndürülməsi üçün 3 helikopter və 1 təyyarə hadisə yerinə cəlb edilib. Hazırda yanğın tam məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır”.

Etibar Mirzəyev hadisə yerinə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun gəlməməsinə isə belə münasibət bildirib:

“Nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir. Böyük yanğın deyil ki, Kəmaləddin Heydərov ora gəlsin”.
Geri qayıt