Məni nahaq yerə işdən çıxarıblar - Azərişıq-dan şikayət var

Məni nahaq yerə işdən çıxarıblar - Azərişıq-dan şikayət var "Azərişıq” ASC-nin məmurlarından şikayət...
“Məni hagsız yerə “Azərişıq” ASC-nin İmişli RET-sinin rəisi Canəhməd Əhmədov və Ağcabədi rayon işıq idarəsinin müdiri Fariz İsmayılov tərəflərindən qeyri-qanuni olaraq işdən çıxarıblar”.

Bunu “Yeni Sabah”a müraciətində Rövşən Məmmədov adlı vətəndaş bildirib. O iddia edib ki, haqsız olaraq işdən çıxarılıb:

“Məhkəmələrə müraciət etdim, pulum, adamım olmadığı üçün uduzdum. İndi ancaq Konstitusiya Məhkəməsi qalıb. Sizdən xahiş edirəm, mənə köməklik göstərəsiniz, hüququm pərpa oluna. Özüm 15 ilə yaxındı YAP partiyasının aktiv fəal üzvüyəm, həmişə cənab Prezidentin siyasətini dəstəkləyən olmuşam, ancaq buna baxmayaraq, məni haqsız yerə işdən çıxarıblar”.
Geri qayıt