OLYMPUS - un qanunsuz fəaliyyəti narazılığa səbəb oldu - Tikinti şirkətinin əməkdaşları qoçuluqla məşğuldular

Bu şirkətlər obyekt sahibinə yaxınlaşmadan, onunla hesablaşmadan əvvəllcə obyekti azqala qəzalı vəziyyətə gətiriblər, dekabrın 5-i gecə saat 4 radələrində isə, özbaşına şəkildə söküntü işləri reallaşdırıblar. Həmin şirkətin iş icraçıları bu azmış kimi özbaşına söküntü işlərindən əvvəl hansısa yollarla sahibkarın kupçasını da ləğv elətdirmək istəyiblər. Lakin Ali Məhkəmə də zərərçəkənin xeyrinə qərar verib və "söküntü” şirkətinin əməkdaşlarının qanuni sənədi ləğv elətdirmək istəyi baş tutmayıb. Yaşar Həsənovun sözlərinə görə, həmin adamlar Azərbaycan Respublikasının qanunlarına hörmət etmirlər. Onu da deyək ki, qanuni obyekti qanunsuz yolla sökülməyə məruz qalan sahibkar FHN-ə də müraciət edib.
icmal.az


