AAAF Parkda sakinlər etiraz aksiyasi keçirdi – VİDEO

AAAF Parkda sakinlər etiraz aksiyasi keçirdi – VİDEO Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib.
Pravda.az-ın xəbərinə görə, sakinlər mənzillərə istiliyin verilməməsinə görə etiraz ediblər.
Onlar İstilik şüarı səsləndirərək yürüş ediblər. Buna baxmayaraq, problem həllini tapmayıb.

Qeyd: Müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə, sakinlər AAAF İnşaata qarşı çoxsaylı məhkəmə iddiaları da qaldırıblar və əksəriyyəti təmin edilib.
Geri qayıt