Kəmaləddin Heydərovun oğlunun Bakıdakı mağazaları bağlandı - FOTOLAR

Kəmaləddin Heydərovun oğlunun Bakıdakı mağazaları bağlandı - FOTOLAR Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.
Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb.
Məlumata görə, yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.

LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.
Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.

BakuPost
Kəmaləddin Heydərovun oğlunun Bakıdakı mağazaları bağlandı - FOTOLAR

Geri qayıt