“Aqrolizinq” ASC-nin 298000 manatlıq bir minik avtomobili alması hansı zərurətdən yaranıb?

“Aqrolizinq” ASC-nin 298000 manatlıq bir minik avtomobili alması hansı zərurətdən yaranıb? Azərbaycanda dövlət məmurlarının, nazirlik və komitə rəhbərlərinin, İcra Hakimiyyəti orqanları, müəsisiə və təşkilatlat müdirlərinin bahalı xidməti avtomobillərdən istifadə etməsi barədə məlumatlara ölkə mətbuatında tez tez rast gəlmək olur. Məlum olduğu kimi xidməti avtomobillər dövlət vəsaiti hesabına alındığından, vəzifəli şəxslər daha çox xarici ölkələrin istehsalı olan bahalı markalı avtomobillərdən istifadə etməyəı üstünlük verirlər. Bir neçə il öncə Prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “LİFAN”a minməyi tövsiyə etməsinə baxmayaraq həmin ənənə bu gün də davam edir.

Aktualinfo.org-un araşdırmalarına əsasən Azərbaycanda dövlət qurumlarına xidməti avtomobillərin alınmasına büdcədən vəsaitlərin ayrılması barədə ən son məlumat 2011-ci ilə aiddir. 2006-cı ildən 2011-ci ilədək bu məqsədlə dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib. Bundan sonra həmin statistika aparılmayıb. Bu günlərdə “Aqrolizing” Açıq Səhmdar Cəmiyyətini tərəfindən 1 ədəd minik avtomobilinin alınması barədə verilmiş tender elanı diqqətmizi çəkdi. Elan bahalı xidməti avtomobillərə hələ də dövlət vəsaitindən pul xərcləndiyini bir daha təsdiq edir. 29.11 2019 cu ildə keçirilmiş və qalibi “LEXUS-BAKI” Məhdud Məsuliyyətli Cəmiyyəti olan tenderə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 1 ədəd minik avtomobilin satınalmasına 298000 AZN vəsait ayırıb.

Qeyd edək bir müddət öncə Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün “Mercedes Benz S350″ model minik avtomobilinin alınması üçün tender elan etmişdi. Lakin sözügedən rayon İcra Hakimiyyətinin lüks avtomobil almaq planı elektron kütləvi İnformasiya vasitələrində və sosial şəbəkələrdə tənqidlərə səbəb olmuşdu. İndi “Aqrolizinq” ASC-nin 298000 manatlıq bir minik avtomobili alması hansı zərurətdən yaranıb? Bu alqı satqya Kənd Təsərrüfatı naziri İnam Kərimovun xəbəri varmı? Səhmdar cəmiyyətin gənc sədri Seymur Mövlayevin belə bir bahalı avtomobildə gəzmək istəyindən Maliyyə Nazirliyinin xəbəri varmı?

Qeyd edək ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərin alınması nəzərdə tutulur.

Aktualinfo.org
Geri qayıt