"Dərman mafiyası"nın sirli yuvas: “EMA” MMC... - İTTİHAM

"Dərman mafiyası"nın sirli yuvas: “EMA” MMC... - İTTİHAM Məlum olduğu kimi müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılmasını üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil. Torpaqlarda azot, fosfor və kaliumun çatışmazlığı bütövlükdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında əsas məhdudlaşdırıcı amilə çevrilmişdir. Bitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı bitki sortunun toxumundan istifadə olunsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil.

Belə olan təqdirdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar məhsuldarlığı artırmaq məqsədi ilə torpağa müxtəlif kübrələr və kimyəvi maddələr vermək zorunda qalırlar. Bəs bu gübrələri kənd zəhmətkeşləri haradan əldə edirlər? Respublikadfa istehsal olunan çox az sayda gübrələrdən başqa məhsuldarlığı artıran bütün dərman pereparatları ölkəmizə xaricdən gətirilir. Bu işi isə artıq 1996-cı ildən bu sahə üzrə ixtisaslaşdırılmış “EMA” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Bu şirkət yarandığı tarıxdən ölkədə bitkilərin mühafizə olunması, baytarlıq və suvarma sistemləri sahəsinə müxtəlif yeniliklərin gətirililməsi ilə də məşhur olub.

Aktualinfo.org-un apardığı araşdırmalara görə hazırda rayonların böyük əksəriyyətində istifadə olunan və xarıci ölkələrdən gətirilən pestisidlər, makro, mikro gübrələr, toxumlar, baytarlıq dərman preparatları, yem və yem qatqılarınin çoxunun keyfiyyətinin aşağı olması barədə ciddi narazılıqlar var. Müxtəlif ölkələrdən gətirilən bu kimi keyfiyyətsiz gübrələr, pestisidlər və digər dərmanlar qeyd etdiyimiz kimi respublika bazarlarına “EMA” MMC vasitəsi ilə ayaq açır. Şirkətin sədri Ədülhüseyn Abdullayev bu sahədə artıq monopolist bir şirkət rəhbəri imicini qazanıb. Məlumatlara görə keyfiyyətsiz dərmanların respublikadakı dövriyyəsindən Əbdülhüseyn Abdullayev çox böyük sərvətlərə sahib olmaqla yanaşı, həm də geniş əlaqələr yarada bilib. Bu əlaqələr nələrdən ibarətdir? Məsələn verilən məlumatlara görə “EMA” MMC Kənd Təsərrüfarı Nazirliyi ilə daim əməkdaşlıq edərək keyfiyyətsiz məhsulları aşağı qiymətlərə Aqrolizinq” ASC -nin əli ilə kənd təsərrüfatı subyektlərinə paylamaqla xeyli gəlir əldə edir. Artıq bir neçə Kənd Təsərrüfatı Naziri və “Aqrolizinq” rəhbərinin dəyişməsinə baxmayaraq Əbdülhüseyn Abdullayevin işini uğurla davan etdirməsi zənnimizcə heç də təsadüf deyil. Yəni MMC sədri bütün dövrlərin nazirləri ilə işləməyi bacarır.Verilən məlumatlara görə şirkətin bölgələrdə də satış mərkəzləri fəaliyyət göstərir ki, sakinlər daha çox bu satış məntəqələrindən aldıqları dərmanların keyfiyyətinin aşağı olduğundan daim şikayətlənirlər. Şikayətlərinə isə qulaq asan elə bir olmadığından sakinlər naəlaç qalıb susmağa məcbur olurlar. Məlumata görə bu dərmanları dəfələrlə alıb istifadə edənlər,torpaqdan əldə etdiyi məhsulların belə keyfiyyətindən narazılıqlarını gizlətmirlər. Belə çıxır “EMA” şirkəti vətəndaşları bilərəkdən aldadır. Regionlarda keyfiyyətsiz dərmanları sakinlərə “sırımaqla” şirkət öz gəlirlərini artırır.

Aktualinfo.org-un əldə etdiyi son məlumatlara görə “EMA” MMC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “Yerli qurumlar üçün müxtəlif növ dərman preparatlarının (fumiqatların, pestisidlərin) satınalınması” üzrə elan etdiyi 633629 AZN-lik tenderin qalibi olub . Məlum məsələdir EMA MMC nin bu dərman pereperatlarının alınıb ölkəyə gətirilməsində MMC-nin təcrübəsi kifayət qədərdir. Bu günə qədər MMC-nin yüzlərlə belə tenderlərin qalibi olduğu da bildirilir. Amma EMA MMC-nin eyni gündə qalib elan edildiyi başqa bir tendendə şübhəli məqamlar görsənir. Burada Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin yerli qurumlar üçün maşın və avadanlıqların satınalınması üzrə elan etdiyi 4497850 AZN-lik tenderin qalibi olması ortaya suallar çıxarır. Yuxarıda qeyd etdiyimiz kimi EMA MMC kənd təsərrüfatında istifadə olunan əsasən bitkiçilik və heyvandarlıq üçün dərman pereparatlarının al-qı satqısı üzrə püxtələşmiş bir şirkətdir. Bu şirkətin maşın və avadanlıqların satınalması kimi bir tenderdə iştirakı nə dərəcədə qanunauyğundur? Şirkətin almalı olduğu maşın və avadanlıqların siyahısında nələr var? EMA MMC bu maşın və avadanlıqların satınalmasından nələr əldə edəcək? Bizi izləyin.
Aktualinfo.org
Geri qayıt