Vilayət Eyvazov Sumqayıtda növbəti qəbul keçirib

Vilayət Eyvazov Sumqayıtda növbəti qəbul keçirib Daxili İşlər naziri növbəti qəbul keçirib...
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 29-da Sumqayıt şəhərində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir əvvəlcə şəhərin mərkəzində, ulu öndərin adını daşıyan parkda

ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Daha sonra Şəhər Polis İdarəsində Sumqayıt da daxil olmaqla respublikanın Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 28 nəfər ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən

müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.
Vilayət Eyvazov Sumqayıtda növbəti qəbul keçirib
Geri qayıt