DİN: Ötən gün əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub

DİN: Ötən gün əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub Ötən gün ərzində törədilmiş 29 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Geri qayıt