İcra başçısı iki şöbə müdirini vəzifədən çıxardı

İcra başçısı iki şöbə müdirini vəzifədən çıxardı Goranboy rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Məlumata görə, Yasin Məmmədov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Rafət Qurbanovu əvəz edib.

Murov Həsənov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyinat alıb. O, həmin vəzifədə Nofəl Köçərlini əvəz edib.

Yeni vəzifəyə təyinat alanlar Goranboy rayon icra hakimiyyətində müxtəlif vəzifələrədə çalışıb.
Geri qayıt