Baş Prokurorluq SİYAHI YAYDI

Baş Prokurorluq SİYAHI YAYDI İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbayсan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulmuşdur.

Baş Prokurorluqdan verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmişdir.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 30 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət

qazanmış namizədlərin

SİYAHISI

1. Abbasov Pərvin Bəylər oğlu

2. Cavadlı İsmayıl Araz oğlu

3. Eyyubov Eyyub Süleyman oğlu

4. Əliyev Zaur Allahverdi oğlu

5. Əlizadə Kənan Cavanşir oğlu

6. Əsgərov Vüsal Hacısəyyad oğlu

7. Fətullayeva Nərmin Rəşid qızı

8. Hacıyev Hacı Hidayət oğlu

9. Həsənova Aysel Həsən qızı

10. Həşimzadə Nərmin Fəxrəddin qızı

11. Hümbətov Elmir Sahib oğlu

12. Hüseynov Xanoğlan Qəhrəman oğlu

13. İsmayılov Ramil Ramiz oğlu

14. Qarayev Abbas Məmməd oğlu

15. Qəmbərli Rahim Ağamali oğlu

16. Qurbanova Əfsanə Rövşən qızı

17. Məmmədli Allahyar Qədir oğlu

18. Məmmədli Nicat Qoşqar oğlu

19. Məmmədov Aydın Araz oğlu

20. Məmmədov Nahid Murad oğlu

21. Məmmədov Yusif Guşat oğlu

22. Rəhimli Tuqay Rafael oğlu

23. Sadıqov Rəhim Rəhman oğlu

24. Səfərli Fərid İntiqam oğlu

25. Səmədli Qədir Şakir oğlu

26. Şıxəliyeva Lətifə Şahin qızı

27. Şükürov Nail Kamil oğlu

28. Tarverdiyev Zaur Nazim oğlu

29. Yahyazadə Nigar İlham qızı

30. Zülbalayev Rahim Asim oğlu
Geri qayıt