Özəlləşdirmədən daxilolmalar 110% icra olunub
![Özəlləşdirmədən daxilolmalar 110% icra olunub](https://xalqxeber.az/uploads/posts/2019-11/1574321372_sugtsgsugsug.jpg)
Özəlləşdirmədə innovasiyaların tətbiqi, prosedurların daha da sadələşdirilməsi və elektron üsullarla təqdim olunması birbaşa səmərəliliyin və məmnunluğun artırılmasına istiqamətlənib.
Özəlləşdirmə hərraclarına qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, o cümlədən Elektron hərrac sistemi ilə istənilən şəxsin prosesdə onlayn iştirakı şəffaflığı təmin edir, optimallığı və statistik göstəriciləri artırır. Qeyd edək ki, 2019-cu il ərzində ümumilikdə 125 hərrac keçirilib. Hərrac iştirakçıları tərəfindən 122 sifariş onlayn formada verilib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub.
Cari il ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə sahəsində 4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan edilmiş və həmin dövlət əmlakları özəlləşdirilmişdir.