Nərimanovda YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

Nərimanovda YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib Bu gün YAP Nərimanov rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq partiyanın yaranma tarixindən, həmin dövrlərdəki xalqı düşünülmüş məhv olmaya sürükləyən siyasi proseslərdən danışıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycanın təməl daşı olan Yeni Azərbaycan Partiyasının yaranması və qısa bir zamanda hakim partiyaya çevrildiyi gündən bu günədək qət etdiyi şərəfli yoldan, ötən 27 il ərzində qazanılan uğurlardan geniş bəhs edərək, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının ölkə başçısı, partiya Sədri Prezident İlham Əliyevin rəhbərliyi altında bundan yüksək nailiyyətlərə imza atacağını qeyd etdilər.

Sonda Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olan gənclərə Partiya vəsiqələri təqdim olundu.
Nərimanovda YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib
Geri qayıt