20 ildir asfalt yola həsrət qalan küçə – Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto

20 ildir asfalt yola həsrət qalan küçə – Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto Bakıda asfalt yola həsrət qalan qəsəbələrdən biri də Suraxanı rayonu ərazisindəki Yeni Suraxanı kimi tanınan qəsəbədir. Hələ 1990-cı illərdə əsası qoyulan qəsəbənin yolları 20 ilə yaxındır ki, bərbad vəziyyətdədur.
“AzPolitika.info”-ya müraciət edən qəsəbə sakinləri xüsusilə də Samir Əliyev küçəsində vəziyyətin acınacaqlı olduğunu bildirirlər. Dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə və digər müvafiq dövlət qurumlarına müraciət etmələrinə rəğmən qəsbənin yolları təmir edilmir. Sakinlər bildirirlər ki, xüsusilə qış aylarında vəziyyət dözülməz həddə çatır, uşaqların məktəbə getməsi müşkülə çevrilir. Şəxsi avtomobili olmayanların küçələrdə hərəkəti mümkünsüz olur.
Qeyd edək ki, Yağıntı olan kimi həmin yollarda nəinki piyada, hətta avtomobillə də hərəkət etmək çətin olur. Sakinlər deyirlər ki, yağıntı çoxalanda onların çoxu bir neçə günlük ərzaqlarını alırlar ki, suyun, palçığın içində mağazaya getməyə məcbur qalmasınlar.

Prezidentin ölkə ərazisində yol çəkilişinə böyük diqqət ayırdığını vurğulayan qəsəbə sakinləri tezliklə Yeni Suraxanıya, xüsusilə də Samir Əliyev küçəsinə asfalt yol çəkilməsini ölkə başçısından xahiş edirlər. Çünki digər qurumlara etdikləri müraciətlərə məhəl qoyan yoxdur.
20 ildir asfalt yola həsrət qalan küçə – Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto
Geri qayıt