Baş Prokurorluq “başı kəsilən qadın”la bağlı araşdırmaya BAŞLADI

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırmalara başlanılıb:
“Sosial şəbəkələrdə yayılan video ilə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır. Hadisənin harada, nə vaxt baş verdiyi öyrənilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.