Oqtay Şirəliyev onu Səhiyyə Nazirliyinin baş mütəxəssisi təyin edib

Bu barədə Modern.az-a Mərkəzdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Rəşad Şolan icra etdiyi mürəkkəb cərrahi əməliyyatlarla tanınıb.
O, özü haqqında bu ifadəni təkrarlamağı sevir: “Mən həm insan kimi radikalam, həm də cərrah kimi”. Yerli media onu virtuoz cərrahi istedadına görə “qızıl əllər” kimi qələmə verir.
R.Şolan cərrah-uroloq olaraq, uroloji cərrahiyyənin bütün sahələri, eləcə də böyrək transplantasiyası üzrə çalışır.