DYP Ekologiya Bölüyünün əməkdaşları dözülməz tıxaclarda niyə gözə dəymir? – yeni rəis etimadı belə doğruldur…

Bir-birinə toxunan avtomobillər hadisə yerinə DYP-nin gəlməyini gözləyir ki, təqsirin kimdə olmasını müəyyənləşdirsin, təəssüf ki, həmin anlarda Ekologiya Bölüyünün əməkdaşları qeybə çəkilmiş olurlar. Bir sözlə, bir neçə gün ərzində davam edən və yəqin ki, davam edəcək dözülməz tıxaclarda DYP-nin sözügedən bölüyünün əməkdaşlarının heç bir fəaliyyəti göz dəymir və çox güman heç dəyməyəcək də. Bu hal xüsusilə də, həmin posta yeni rəis təyinatından sonra daha da xoşagəlməz vəziyyətə düşüb. Qeyd edək ki, hazırda həmin posta polis mayoru Mərdan Mehdiyev rəhbərlik edir. O, bu vəzifədə polkovnik-leytenant Fuad Mayılovu əvəz edib. Fuad Mayılov isə Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Sual oluna bilər: yeni rəis ona göstərilən etimadı belə doğruldur?
Azinforum.az