"Azəraqrartikinti”nin rəhbərliyində DƏYİŞİKLİKLƏR NƏZƏRDƏ TUTULUR

"Azəraqrartikinti”nin rəhbərliyində DƏYİŞİKLİKLƏR NƏZƏRDƏ TUTULUR "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı 12 dekabr 2019-cu il saat 11:00-da cəmiyyətin Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 93 saylı ünvanda yerləşən inzibati binasında keçiriləcəkdir.

FED.az xəbər verir ki, yığıncaqda hesabat dövrü üçün cəmiyyətin fəaliyyətinin yekunlarının müzakirəsi və balansların təsdiqi (İdarə Heyətinin hesabatı); cəmiyyətin Maliyyə-Təftiş Komissiyasının hesabatı, əmiyyətin Müşahidə Şurasının yenidən seçilməsi, cəmiyyətin İdrarə Heyətinin tərkibində dəyişiklik edilməsi haqqında; cəmiyyətin yenidən təşkili ilə əlaqədar təkliflərin hazırlanması üçün işçi qrupunun yaradılması və təkliflərin səhmdarların növbəti ümumi yığıncağının müzakirəsinə çıxarılması; cəmiyyətin balansındakı mal-material qiymətlərinin inventarizasiyasının aparılması və balans dəyərinin dəqiqləşdirilməsi; digər məsələlər müzkirə olunacaq.
Geri qayıt