Mübariz İbrahimovun atası əməliyyat olundu
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.O, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyəti qənaətbəxşdir.
