Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov İsmayıllı rayonunda vətəndaşları qəbul edib

Vətəndaşların səsləndirdiyi hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti elə yerində həll edilib. Araşdırma tələb edən müraciətlərlə bağlı sədr müavini struktur bölmələrin nümayəndələrinə müəyyən tapşırıqlar verib. Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər vətəndaşlara izah olunub, müvafiq qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Qəbul çərçivəsində iştirakçılara komitənin fəaliyyəti ilə bağlı tətbiq edilən yeniliklər barədə məlumat verilib. Vətəndaşların göstərilən xidmətlərlə bağlı təklifləri dinlənilib.
Vətəndaş müraciətlərinin operativ həlli ilə bağlı bölgələrdə qəbullar davam etdiriləcək.