Ariel” aldı, içindən duz çıxdı –FOTO

JAMAZ.İNFO xəbər verir ki, işbazlar məşhur PG şirkətinin mallarına da girişiblər. Belə ki, müştərilər bu şirkətin emblemi ilə istehsal olunan "Ariel2 yuyucu tozunun keyfiyyətsiz olması bir kənara, içində ümumiyyətlə yuyucu toz olmadığını bildirirlər.
Rüfət İsmayılov bununla bağlı sosial şəbəkələrdəki hesabında yazır ki, dükandan evə yuyucu toz alıb. Ev sakinlərinin istifadə etdiyi zaman məlum olub ki, "Ariel” nə köpüklənir, nə təmizləmir, nə də ondan yuyucu toz iyi gəlmir. "Maraq üçün bir balaca götürüb dilimə vurdum. Gördüm duz dadır. Əvvəlcə mənə elə gəldi ki, yəqin dad baxımından yanlış edirəm. Təkrarən bir dəfə də yoxladım. Tam əmin oldum ki, bu yuyucu toz deyil, duzdur”.
Şikayətçi deyir ki, saxta "Ariel”in dükanlara və marketlərə kimlərin payladığını aydınlaşdırmaq lazımdır. Çünki bu, aşkar şəkildə müştəriləri aldatmaq, onların cibinə girməkdir. "PG şirkəti hara baxır? Aidiyyatı qurumlar nə ilə məşğuldur bilinmir”.