Daha bir qurum dövlət tərəfindən maliyyələşəcək

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın "Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə əlavə edilib.
Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən yaradılıb.