Bu, Şeyx Nizamiyə heç yaraşmadı... - Nazirlik isə "xəbərimiz yoxdur" deyir...

Bu, Şeyx Nizamiyə heç yaraşmadı... - Nazirlik isə "xəbərimiz yoxdur" deyir... Rusiyanın Dağıstan respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan park və onun abidəsi bərbad vəziyyətdədir.
Abidənin vəziyyəti ilə bağlı görüntülə sosial şəbəkədə yayılıb.
Heykəlin və parkın ətrafı antisanitar vəziyyətdədir.
Bu, Şeyx Nizamiyə heç yaraşmadı...
Ümid edirik ki, müvafiq qurumlar Azərbaycanın dahi şairinin adını daşıyan parkın vəziyyətinə biganə qalmayacaq.
Mədəniyyət və Turizim Nazirliyinin sektor müdiri İntiqam Hümbətov məsələdən xəbərdar olmadıqlarını bildirib:
“Bu haqda məlumatımız yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın Dağıstan respublikasında nümayəndəliyi yoxdur. Amma mən yenə də məsələ ilə tanış olacağam”.
Əslində bu məsələ yerli KİV-də, eləcə də saytımızda yetərincə işıqlandırılıb. Amma nədənsə əlaqədar qurumlar - başda Mədəniyyət və Turizm Nazirliyi olmaq şərtilə bu biabırçılığa heç bir zaman reaksiya verməyib. Bi dəfə isə nazirlik edilən müraciətə "xəbərimiz yoxdur" deməklə, əslində, yalan danışmış olub.

Mövzu diqqətimizdədir.

Missiya.az
Bu, Şeyx Nizamiyə heç yaraşmadı... - Nazirlik isə "xəbərimiz yoxdur" deyir...
Bu, Şeyx Nizamiyə heç yaraşmadı... - Nazirlik isə "xəbərimiz yoxdur" deyir...
Geri qayıt