Bıçaqlanan baş həkimin böyrəyi çıxarıldı - Komadan ayıla bilmir

Şahin Baxşəliyevin ailə üzvlərinin verdiyi məlumata görə, baş həkimin böyrəyi çıxarılıb:
" Şahin Baxşəliyev Sumqayıt şəhərində "Şəfqət" klinikasında müayinə olunandan sonra məlum olub ki, onun böyrəyi də zədələnib. Bundan sonra o Bakıda yerləşən özəl klinikalardan birinə yerləşdirilib və onun böyrəyi çıxarılıb. Hazırda onun həyatı təhlükəsi qalır. Çünki onun qanında laxtalanma var. Ona qan köçürülüb. Vəziyyəti ağır olaraq qalır, təzyiqi yuxarıdır".