Çərpələng uçuran uşaq 15 min sakini işıqsız qoydu - Azərbaycanda

Çərpələng uçuran uşaq 15 min sakini işıqsız qoydu - Azərbaycanda Bu gün səhər saatlarında Abşeron rayonunun Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilində fasilə yaranıb.

Buna səbəb qəsəbədə yaşayan uşağın uçurduğu çərpələngin yüksək gərginlikli elektrik xətti ilə toqquşması olub.

Son nəticədə “Saray 3” yüksək gərginlikli xəttinin ərazisinə düşən evlərdə işıqlar sönüb.

Xatırladaq ki, Saray qəsəbəsində 15 minə yaxın abunəçi yaşayır.
Geri qayıt