Azərbaycanlı zəvvar Həcdə namaz qılarkən öldü

Azərbaycanlı zəvvar Həcdə namaz qılarkən öldü Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib.

Qafqaz Müsəlmanlar İdarəsindən daxil olan məlumata görə, mərhum 1950-ci il təvəllüdlü, Ağdam rayon sakini Bəhmən Məhəmməd oğlu Şükürovdur. O, ziyarətdə təvafını yerinə yetirəndən sonra namaz qılarkən ürək çatışmazlığından vəfat edib.

Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.
Geri qayıt