“Bakcell” yeni "099" operator kodunu alacaq

“Bakcell” yeni "099" operator kodunu alacaq Azərbaycanın mobil rabitə operatoru “Bakcell” yeni operator kodunu (prefiksi) alacaq.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, yeni prefiks "099" olacaq.

“Yeni prefiksin alınması ilə bağlı artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət olunub”, - şirkətdən qeyd ediblər.

Beləliklə, bundan sonra şirkət iki operator koduna ("055" və "099") malik olacaq.

Qeyd edək ki, hazırda ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.
Geri qayıt