"Mən “Dəmirbank”a artıq ödədiyim məbləği səngərdə xidmət edərək aldığım maaşla ödəmişəm" - GİLEY

"Mən “Dəmirbank”a artıq ödədiyim məbləği səngərdə xidmət edərək aldığım maaşla ödəmişəm" - GİLEY DİA.AZ-a müraciət edən Astara şəhər sakini Həsənov Rəşad Əlövsət oğlu hələ dəhəllini tapmayan problemindən danışır. Narazı vətəndaşın müraciətində deyilir:

"Salam Hörmətli dia.az saytı. Heç bir səbəb olmadan aylardır ki, məni süründürürlər. Mən 02.07.2014-cü il tarixində 410003015 saylı müqavilə ilə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-nin Bərdə Filalından 8945 (səkkiz min doqquz yüz qırx beş) ABŞ dolları kredit borcu almışam. Sonradan devalyasiya baş verdi. Mən Kapitalbankdan manatla kredit götürdüm və 2015-ci ilin avqust ayında kreditimi tam şəkildə bağladım. Kreditimin 7613 (yeddi min altı yüz on üç) dollarını devalyasiyadan sonra 1.05 məzənnə ilə qaytarmışam. Lakin mənə heç bir səbəb olmadan kompensasiya vermədilər. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmannın 1.1 bəndi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi) mənə şamil olunduğu halda niyə mən bu imtiyazdan məhrum edilmişəm. Mən “Dəmirbank”a artıq ödədiyim məbləği səngərdə xidmət edərək aldığım maaşla ödəmişəm.
15 aprel 2019-cu il tarixdə də bütün sənədləri Maliyyə Bazarlarına Palatasında fəaliyyət göstərən Apellyasiya Komissiyasına 301,311,2130,1267,6246, 9847,9873 və 9876 saylı müraciətlərlə göndərmişəm. Lakin şikayətimə baxılmadan, məni süründürmək üçün 03.06.2019-cu il tarixdə heç bir əsas olmadan daha 30 iş günü şikayətimə baxılma müddətimi uzatdılar. 08.07.2019-cu il tarixdə isə qanuna zidd olaraq daha 30 iş günü müraciətimə baxılmanı uzatdılar.Mənə göndərilən bildirişdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) uyğun baxıldığı bildirilir. Amma həmin Qanunun 10.2-ci maddəsində yalnız bir dəfə şikayətin baxılması müddəti 30 (otuz) iş günü uzadıla bilər. Görünür Apellyasiya Komissiyasının öz qanunları var. Xahiş edirəm mənə kömək edin.Ümidim yalnız Sizədir.

Xahiş edirəm mənə köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt