Sədərək Ticarət Mərkəzində sahibkara divan tutulur… - Yusif Qədimbəyli manopoliya kralına çevrilir?

Sədərək Ticarət Mərkəzində sahibkara divan tutulur… - Yusif Qədimbəyli manopoliya kralına çevrilir? Sədərək ticarət mərkəzində qoçular yenidən peyda olub. Illərdir bu ticarət mərkəzində bazar rəhbəri ilə icarədarlar arasında durmadan narazılıqlar yaranır. Media orqanlarında narazılıqlar işıq üzü gördükdən sonra bazar rəhbəri məsələdən xəbərsiz olduğun iddia edərək msələni sakitləşdirmək yönündə işlər aparacağın vəd edir. Amma nə fayda ki, bu heçdə daimi həl edilməməkdədir. Müvvəqəti ticarət əhlini sakitləşdirib 2-3 aydan sonra yenidən qoçular fəallaşır.. Bu gün isə həmin qoçu dəstələr Ticarət mərkəzinin sahibi olan Yusif Qədimbəylinin fermasında saxlanılan amma istifadəyə yararsız hala salındıqdan sonra bazar restoranlarına, kafelərinə məcbur satılan ət məhsulları verilməkdədir. Redaksiyamıza müraciət edən Abbasova Gülçöhrə Əlihəsən qızına həmin ət məhsulunu çörək və içməli suyun məcburi almağa təhkim edilən icarədarlardandır. Kənarda böyük tanınmış BRAVO, BAZARSTORE kimi obyektlərdən qatqat baha qiymətə məhsul satışın təşkil edən Sədərək Ticarət mərkəzi həmçinin məhsulunun hansı halda olmasına belə diqqət etməməkdədir. Xanım icarəçiyə qarşı durmadan təzyiqlər edən bazar əməkdaşları və ya icraçinin dili ilə desək qoçu dəstələri təhqir və təzyiqlərindən əlçəkməməkdədir. Işlətməyəcəyi xarab ətə 20 manat verib almasını bir kilo olsa belə gündəlik əti Y.Qədimbəylinin yaratdığı manopoliyadan alınacaqı əks təqdirdə icarə obyektinin boşaldılması tələbi bu gün mühafizə əməkdaşları tərəfindən xanıma bildirilib. Xanım qeyd edir ki, Hörmətli prezidentimizin verdiyi sərəncamlar və tövsiyyələri xatırlatdıqda azğınlaşmış qoçular prezidentin sərəncam və tövsiyələri vəzifəli şəxslərə aiddir deyə cavab alıb. Ölkə rəhbərinin verdiyi qərarlara belə sayğısızlıq etməyə cürət edən bu şəxslər hətta xanım icarədara səni azərbaycandan sürgün edəcəyik deyə hədə-qorxuda gəlib. Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qanunsuz əmrləri durmadan ertır və bu əmrləri rəsmi özünü normal təqdim edən şəxslər yox qoçu dəstələr tərəfindən icrası müşahidə edilir. Y.Qədimbəyli verdiyi qərarlarla imkanının genişlənməsinə xidmət edir deyə redaksiyamıza məlumat verən mənbə qeyd edir. Beləki bazarda kafe restoran işlədən şəxslər məcburiyyətlərlə üz-üzə qalıb. Iylənmiş mənmşəyi bəli olamauyan qida məhsullarının Yusif Qədimbəylinin manopoliyasında olması onun qoyduğu qanunlara görə hər bir qidanın ondan alınması məcburi qaydada həyata keçirilməkdədir. O qida məhsulunu istifadə edib edilməməsi isə istehlakçının üzərinə məhsuliyyət şəklində qalmaqdadır. Bakunews.az-a təqdim edilən video lentdəndə məlum olunur ki, Sədərək Ticarət Mərkəzinin özünü təqdim etməyən manopolisləri xanım icarədara məcbur edir ki, bazara məxsus olan ət mağazasından ət alsın. Bunu isə daxili nizamnamələrini istinad edir. Hansı bazarda daxili nizamnamədə bazar daxilində ət kəsəcəm və əti məndən almalısanmış kimi müqavilədə maddə qoyulur cənablar..?
G.Abbasova ilə əlaqə saxladıq xanım bildirdi ki, aylıq bazara icarə haqqı olaraq 1800 azn məbləğində hər ayın əvvəlində ödəniş edir. Ayın sonu deyil məhs əvəlində etməsə həmin ayı Zəfəran adlı obyektin işləməsi qeyri mümkün məsələyə çevrilə bilər. Yüksək dərəcədə təzyiqlərə məruz qalan xanım icarəçi əlavə edib ki, verdiyi icarə haqqından əlavə olaraq aylıq 500-700 azn isə tək elektrik xəcinə görə işıq pulu ödəyir. Obyektin görünən səliqə səhmana gəlib çatması üçün xanım 30.000 azn məbləğ xərclədiyini qeyd edir. Bu qədər sərmayəsini bazara yatıram xamıça isə bu günlərdə ya ət su çörək məhsuların bizdən almalısan yaxuda icarədarı olduğu iaşə obyektin boşaltması üçün təzyiqlər edilir.
Həmçinin xanımla həm söhbət zamanı Bakı şəhər üzrə və ümumi respublikanın hər bir yerində toyuq məhsulu dönərinin satışına icazə verilməsinə baxmayaraq bazarda onun toyuq dönəri satması qadağan edilir. 1800 azn məbləğində icarə ödəyən xanım qeyd eidr ki bu pulu ödəmək üçün daha nə satsınki ayın əvəli pul tələb ediləndə onu rahat şəkildə verə bilsin. 7 işçi qüvvəsi olan və ümumillikdə 8 ailənin çörək pulu qazandığı obyektə göründüyü qədər göz qoyanlar və gözüm çıxdıya salanlar var.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Bakunews.az

Gələn yazımızda:

Bazar rəhbərinin müavini Faiq müəllim burda katalizator rolunda hansı təklifləri irəli sürür..?
Yararsız halda olan məhsullar hardan kimin əli ilə bazara salınmaqdadır..?


*****

Bakunews.az-a müraciət edən sahibkar xanıma qarşı Sədərək ticarət mərkəzinin rəhbərliyi tərəfindən ciddi hədələr gəlməsi ilə bağlı xanım məlumat verib. Qeyd edək ki səhər saatlarında Yusif Qədimbəylinin oğlu G.Abbasovaya qarşı hiddət nümayiş etdirərək bizi internet resurslarında biabır etdiyinə görə səni burda işləməyə imkan verməyəcəyik deyə əmr formasında pafoslu çıxışlar edib. Y.QƏDİMBƏYLİNİN qanuna zidd tələbləri bitmədiyi kimi bir tərəfdəndə oğlu peyda olub. Əməkdaşlarının prezidenti saymadıqları azmış kimi hazırda həyatının təhlükədə olmasını qeyd edən vətəndaş kiçik sahibkar xanım çıxılmaz durumda olduğunda vurğulayıb. Hal-hazırda icarəsində olan kafeye Y.Qədimbəylikin adamları tərəfindən hücumlarda səngimək bilmir deyə xanım sahibkar təhqir və təzyiqlərlə üz-üzə qaldığınıda vurğulayıb.

Hadisələrin gedişatı ilə bağlı mütəmaddi olaraq sizləfə məlumat verəciyik bizi izləməyi unutmayın.

Bakunews.az

Prezidentim Prezident Aparatı Mehriban Aliyeva Nazirler Kabineti Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Geri qayıt