Uşaq pulları da bərpa olunur

Millət vəkili Siyavuş Novruzov Real TV-yə müsahibəsində hazırda Azərbaycanda uşaq pulu ilə bağlı məsələlər müzakirə aparıldığını qeyd edib.
Deputat bildirib ki, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".