Sumqayıtda məktəb direktoru işdən çıxarılıb

Sumqayıtda məktəb direktoru işdən çıxarılıb Sumqayıtda məktəb direktoru tutduğu vəzifədən azad olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva müvafiq əmrlə tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Ruhiyyə Tağıyeva 2016-cı ilin aprel ayından noyabr ayına kimi Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmin ilin dekabr ayında isə sözügedən məktəbin direktoru təyin olunub.
Geri qayıt